Azərbaycan, Bakı, 22 avqust / Trend /
Misirin sabiq prezidenti Hüsnü Mübarək ev dustağı olacaq. Trend-in Reyter agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin baş nazirinin aparatından bildirilib.
"Fövqəladə vəziyyət şəraitində hərbi komandanlıq rəhbərinin müavini Məhəmməd Hüsnü Mübarəki ev dustağı olması barədə əmr verib," - bəyanatda deyilir.
Digər təfərrüatları hələlik açıqlanmır.