Azərbaycan, Bakı, 27 avqust /Trend/
ABŞ hakimiyyəti Suriyada bir sıra mümkün variantları, o cümlədən güc variantını nəzərdən keçirir. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə, dövlət departamentinin nümayəndəsi Mari Xarf brifinqdə bildirib.
"Prezident müxtəlif əməliyyat variantları nəzərdən keçirir. Dediyimiz kimi, bura hərbi cavab verilməsi imkanı da daxildir. Lakin bu barədə hər hansı qərar yoxdur, müzakirələr gedir," - Xarf deyib.