...

İsveç XİN: Ermənistanla assosiativ saziş gündəmdən çıxarılıb

Dünya xəbərləri Materials 10 Sentyabr 2013 15:01 (UTC +04:00)
İsveçin xarici işlər naziri Karl Bildt hesab edir ki, Ermənistanla assosiativ sazişin paraflanması gündəmdən çıxarılıb.
İsveç XİN: Ermənistanla assosiativ saziş gündəmdən çıxarılıb

Azərbaycan, Bakı, 10 sentyabr/Trend/

İsveçin xarici işlər naziri Karl Bildt hesab edir ki, Ermənistanla assosiativ sazişin paraflanması gündəmdən çıxarılıb. Bu barədə nazir "Tvitter" mikrobloqunda yazıb.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, o qeyd edib ki, bu qərara Slovakiyanın Baş nazirinin müavini və xarici işlər naziri Miroslav Layçakla birlikdə gəlib.

Bildt bildirib: "Layçakila qərara gəldik ki, hazırda Ermənistanla assosiativ saziş gündəmdə deyil. Biz Ukrayna, Moldova və Gürcüstanla çalışırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti