Azərbaycan, Bakı, 16 sentyabr / Trend /
Ekspertlərin məruzəsi ilə təsdiq edilmiş Suriyada kimyəvi silahın tətbiqi hərbi cinayətdir. Bu barədə BMT rəhbəri Pan Gi Mun bazar ertəsi bəyan edərək BMT TŞ-nı günahkarları məsuliyyətə cəlb etməyə çağırıb. Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.
"Bu hərbi cinayətdir və 1925-ci ilin protokolunun və digər beynəlxalq hüquq müddəaların kobud şəkildə pozulmasıdır", - Pan Gi Mun BMT Təhlükəsizlik Şurasında qapalı məsləhətləşmələr zamanı çıxışında bildirib.
Pan Gi Pun Təhlükəsizlik Şurasına avqustun 21-də Dəməşq ətrafında zarinlə olan raketlərin partlamasını təsdiqləyən ekspertlərin kimyəvi silah üzrə məruzəsini təqdim edib.
"Mən inanıram ki, hamı bu cinayətləri pisləməkdə mənə qoşula bilərlər," - Pan Gi Mun deyib.
Pan Gi Munun sözlərinə görə, beynəlxalq ictimaiyyət "günahkarların məsuliyyətə çağırmasını və gələcəkdə kimyəvi silahın tətbiq edilməməsini tələb edə bilər".