Azərbaycan, Bakı, 22 sentyabr /Trend/
Suriyada kimyəvi tərksilahın təminatçısı kimi Rusiya yox, kimyəvi silahların qadağan olunması üzrə təşkilat (KSQT) çıxış edir. Trend RİA Novosti agentliyinə istinadən bu barədə RF xarici işlər naziri Sergey Lavrov bildirib.
"Mən dəqiqləşdirmək istəyirəm ki, biz Suriyada kimyəvi tərksilahın təminatçısı deyilik," - Lavrov bildirib.
Nazir əlavə edib ki, "biz kimyəvi silahların qadağan edilməsi haqqında Konvensiyaya amerikalılardan fərqli olaraq konvensiyaya qeyd-şərtlərlə qoşulan düzəlişlər olmadan Suriyanın qoşulmasını təmin etdik".
Onun sözlərinə görə, "Suriya bu hüquqi öhdəliklər müəyyən edən sənədin tərəflərindən biridir. Ona görə də, Suriya tərəfindən konvensiya üzrə öz öhdəliklərini yerinə yetirilməsinin qarantı bütün dünya ictimaiyyətidir. İndiki halda- KSQT-dır".
Dəməşq və Rusiya götürdüyü kimyəvi tərksilah tempinin yüksək olması barədə suala cavab verən Lavrov bildirib ki, "templər Cenevrədə amerikalı həmkarlarla razılaşdırılıb".
"Rəqəmsal göstəricilərin böyük əksəriyyəti, vaxtı, əməliyyatların başlama və başa çatma müddəti amerikalılar tərəfindən təklif olunub", - Rusiya XİN rəhbəri əlavə edib.