...

Birinci vitse-spiker: İran və ABŞ-ın xalq diplomatiyasına ehtiyacları var

Dünya xəbərləri Materials 17 Oktyabr 2013 12:44 (UTC +04:00)
İran və ABŞ arasında xalq diplomatiyası qurulmalıdır.
Birinci vitse-spiker: İran və ABŞ-ın xalq diplomatiyasına ehtiyacları var

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir E. Tariverdiyeva/

İran və ABŞ arasında xalq diplomatiyası qurulmalıdır.

Trend-in İranın "Bahar" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə İran Parlamentinin birinci vitse-spikeri Məhəmməd Rza Bahənar bildirib.

Onun sözlərinə görə, rəsmi diplomatiyanın imkanları məhduddur, xalq diplomatiyasında isə belə məhdudiyyətlər yoxdur.

Parlamentin birinci vitse-spikeri, o cümlədən keçmiş İran rəhbərliyini bu cür diplomatiyadan istifadə etmədiyinə görə tənqid edərək əlavə edib ki, xalq diplomatiyası futbol oyunundan, həmçinin Parlament və ya lobbi qruplarının məsləhətləşmələrindən də başlaya bilər.

O vurğulayıb ki, vaxt həm İran, həm də ABŞ administrasiyası üçün məhdudlaşır. Bahənarın sözlərinə görə, İran ilk addımları atıb və indi ABŞ-dan cavab addımlarını gözləyir.

Hər iki ölkə arasında münasibətlərin bərpa olunması barədə sualı şərh edən birinci vitse-spiker bildirib ki, "əgər proses qırılsa, onda vəziyyət əvvəlkindən də pis olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti