...

İraq İran qazının idxalı üzrə yeni müqavilə imzalamağa hazırdır

Dünya xəbərləri Materials 19 Oktyabr 2013 09:01 (UTC +04:00)
İraq İran qazının idxalı ilə bağlı yeni müqavilənin hazırlanmasını başa çatdırmağı planlaşdırır.
İraq İran qazının idxalı üzrə yeni müqavilə imzalamağa hazırdır

Azərbaycan, Bakı, 19 oktyabr / Trend /

İraq İran qazının idxalı ilə bağlı yeni müqavilənin hazırlanmasını başa çatdırmağı planlaşdırır. Trend Press TV telekanalına istinadən, bu barədə cümə günü İraqın energetika üzrə baş nazirinin müavini Hüseyn əl-Şəhristani deyib.

"Biz İranla ölkənin mərkəzi hissəsində yerləşən elektrik stansiyaları üçün qaz idxalına dair müqavilələr imzalamışıq. Biz İran qazının idxalı üzrə ölkənin cənubuna digər müqavilə imzalamağa hazırlaşırıq", - Ümumdünya enerji konqresində Şəhristani bildirib.

Bundan öncə İran qazının nəqli ilə bağlı İran və İraq hökumətləri iyul ayında İraqın "Bağdad", "Sədr" və Əl-Mənsura SES-ləri üçün müqavilə imzalayıblar.

İran təbii qaz ehtiyatlarına görə dünyada Rusiyadan sonra ikinci yeri tutur.

Xəbər lenti

Xəbər lenti