...

İsrail HHQ Suriyanın Latakiyadakı hərbi bazasına zərbə vurub

Dünya xəbərləri Materials 1 Noyabr 2013 00:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

İsrailin Hərbi Hava Qüvvələri Suriyanın Latakiya şəhəri yaxınlığında yerləşən hərbi bazasına cümə axşamı zərbə vurublar. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.

Administrasiya nümayəndəsinin məlumatına görə, İsrail HHQ-i raket və digər hərbi avadanlığı məhv etməyə çalışıblar. İsrail ehtiyat edir ki, Suriya ABŞ və İsrail tərəfindən terror qruplaşması kimi tanınan "Hizbullah" şıə hərəkatına silah verə bilər.

Xəbər lenti

Xəbər lenti