...

İran ölkədə yeni AES tikməyi planlaşdırır

Dünya xəbərləri Materials 8 Noyabr 2013 10:21 (UTC +04:00)
Trend-in "Fars News" informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bəyan edib.
İran ölkədə yeni AES tikməyi planlaşdırır

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

İran ölkədə yeni atom elektrik stansiyası (AES) tikməyi planlaşdırır. Trend-in "Fars News" informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bəyan edib.

Yeni AES-in işə salınması ilə 1500 nüvə mütəxəssisi üçün iş yeri açılacağını deyən Salehi stansiyanın tikintisi üçün xeyli sayda insan resurslarının cəlb edilməsinin vacibliyini vurğulayıb.

2013-cü ilin sentyabrında İranın energetika naziri Həmid Çitçiyan televiziyaya müsahibələrindən birində İranın ölkədə 360 meqavat gücündə yeni atom elektrik stansiyasını tikməyi planlaşdırdığını demişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti