...

İranda atışma zamanı 2 polis öldürülüb

Dünya xəbərləri Materials 23 Noyabr 2013 15:32 (UTC +04:00)
Hadisə ilə bağlı iki nəfər həbs olunub, bir nəfər isə polislə atışma zamanı həlak olub.
İranda atışma zamanı 2 polis öldürülüb

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir T.Cəfərov/

İranın Sistan və Bəluçistan əyalətinin İranşəhr şəhərində naməlum şəxslərlə atışma zamanı iki polis öldürülüb, bir nəfəri isə yaralanıb. Bunu İranın Sistan və Bəluçistan əyalətinin polis rəisinin müavini Rəcəbəli Şeyxzadə deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.

Məlumata əsasən, hadisə bu gün səhər baş verib.

Hadisə ilə bağlı iki nəfər həbs olunub, bir nəfər isə polislə atışma zamanı həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti