...

Dövlət Departamenti İrana qarşı yeni sanksiyalarla bağlı Konqresə xəbərdarlıq edib

Dünya xəbərləri Materials 27 Noyabr 2013 00:34 (UTC +04:00)
İrana qarşı yaxın vaxtlarda istənilən yeni sanksiyaların qəbul edilməsi nüvə problemi üzrə danışıqlara xələl gətirəcək.
Dövlət Departamenti İrana qarşı yeni sanksiyalarla bağlı Konqresə xəbərdarlıq edib

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

İrana qarşı yaxın vaxtlarda istənilən yeni sanksiyaların qəbul edilməsi nüvə problemi üzrə danışıqlara xələl gətirəcək. Trend RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin nümayəndəsi Cen Psaki jurnalistlərə bildirib.

Demokrat çoxluğunun lideri Harri Rid Senatda bazar ertəsi bildirib ki, Cenevrədə İranın nüvə problemi ilə bağlı əldə olunmuş sazişə baxmayaraq Senat dekabrda İrana qarşı sanksiyaların sərtləşdirilməsinin mümkünlüyü məsələsinə baxacaq.

C.Psaki deyib: "Danışıqlar zamanı istənilən yeni sanksiyaların qəbul edilməsi faydalı olmayacaq və səylərimizi riskə məruz qoya bilər".

Bununla yanaşı, onun sözlərinə görə, əgər İran yaxın altı ay ərzində razılaşmaya əməl etməsə və ya yarım ildən sonra yekun razılaşmadan imtina etsə, onda Ağ ev sanksiyaların bərpasını və hətta sərtləşdirilməsini mümkün sayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti