...

İrimiqyaslı aksiyalarla əlaqədar DİN-in əlavə qüvvələri Kiyevə cəlb edilir

Dünya xəbərləri Materials 2 Dekabr 2013 14:46 (UTC +04:00)
Kiyevdə irimiqyaslı etiraz aksiyaları ilə əlaqədar ictimai asayişi təmin etmək üçün əlavə qüvvələr cəlb ediləcək.
İrimiqyaslı aksiyalarla əlaqədar DİN-in əlavə qüvvələri Kiyevə cəlb edilir

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

Kiyevdə irimiqyaslı etiraz aksiyaları ilə əlaqədar ictimai asayişi təmin etmək üçün əlavə qüvvələr cəlb ediləcək. Trend-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı xəbərdə deyilir.

Səhər saat 10:00-a olan məlumata görə, Kiyevdə ictimai asayişi təmin etmək üçün Daxili Qoşunların min hərbçisi cəlb edilib.

Məlumatda deyilir ki, Kiyevdə ictimai asayişi təmin etmək məqsədi ilə əlavə qüvvələrUkrayna daxili işlər nazirinin sərəncamına əsasən cəlb ediləcək.

Bu qərar ilk növbədə uzun müddət xidməti vəzifəsini həyat keçirən hərbçilərin əvəz edilməsi ilə əlaqədar verilib.

Qeyd edək ki, Kiyevdə etiraz aksiyaları davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti