...

Nelson Mandelanın dəfn mərasimi CAR-da onun doğma kəndində başlayıb

Dünya xəbərləri Materials 15 Dekabr 2013 11:14 (UTC +04:00)
Aparteidlə ilə mübarizə aparan ilk qara dərili Cənubi Afrika Respublikası prezidenti Nelson Mandelanın dəfn mərasimi ölkənin cənub-şərqində onun doğma Kunu kəndində bir neçə min qohumlarının və qonaqların iştirakı ilə bazar günü başlayıb.
Nelson Mandelanın dəfn mərasimi CAR-da onun doğma kəndində başlayıb

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

Aparteidlə ilə mübarizə aparan ilk qara dərili Cənubi Afrika Respublikası prezidenti Nelson Mandelanın dəfn mərasimi ölkənin cənub-şərqində onun doğma Kunu kəndində bir neçə min qohumlarının və qonaqların iştirakı ilə bazar günü başlayıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

Mandelanın yaxınlarının xahişi ilə ənənəvi tayfa adətləri elementləri ilə keçiriləcək mərasimdə, foto- və videoçəkilişlərə qadağa qoyulub. Lakin yerli teleşirkət yayım aparır.

Mandela dekabrın 5-də Yohannesburqda öz evində 95 yaşında vəfat edib.

Xəbər lenti

Xəbər lenti