...

Suriya ordusu onlarla yaraqlı məhv edib

Dünya xəbərləri Materials 22 Dekabr 2013 13:06 (UTC +04:00)
Suriya hərbçiləri şənbə günü əslən başqa ölkələrdən olan onlarla yaraqlı məhv edib.
Suriya ordusu onlarla yaraqlı məhv edib

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Suriya hərbçiləri şənbə günü əslən başqa ölkələrdən olan onlarla yaraqlı məhv edib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə SANA agentliyi məlumat verir.

"Duma, Yabrud, Maalyulya və Zabadani şəhər və yaşayış məntəqələrində xüsusi əməliyyat zamanı aralarında Səudiyyə Ərəbistan və Livan vətəndaşları olan onlarla yaraqlı məhv edilib. Duma rayonunda hərbçilərin keçirdiyi anti-terror əməliyyatı nəticəsində silah və döyüş sursatı ilə birlikdə silahlı birləşmənin sığınacağı dağıdılıb. Muzdlular ləğv edilib: Əfqanıstandan - Məhəmməd Xan, Türkiyədən - Həsən Oğlu, Fələstindən - Ömər Hicazi", - Suriya ordusunun məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti