Azərbaycan, Bakı, 13 yanvar /Trend/
Bu gün 2013-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlanıb.
Trend-in məlumatına görə, İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə səsvermənin yekunları üzrə dünyanın ən yaxşısı oyunçusu məlum oldu.
"Qızıl top" uğrunda Lionel Messi ("Barselona"), Kriştiano Ronaldo ("Real") və Frank Riberi ("Bavariya") mübarizə aparırdılar.
Səsvermənin nətiscəsinə görə, 2013-cü il üçün dünyanın ən yaxşı futbolçusu Kriştiano Ronaldo olub.
Mərasimdə, həmçinin ilin ən yaxşı məşqçisi Yupp Haynkes seçilib və ən yaxşı qol Zlatan İbrahimoviçin İsveç millisi ilə İngiltərəyə yığmasına vurduğu qol seçildi.