Azərbaycan, Bakı, 14 yanvar /Trend/
Küveytin paytaxtında suriyalı qaçqınlara humanitar yardımın göstərilməsi üzrə donor ölkələrin konfransı çərşənbə günü keçiriləcək. Bu dəfə məbləğ 6.5 milyard dollar olacaq. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən məlumat verir.
Tədbir bir il əvvəl olduğu kimi BMT baş katibi Pan Gi Munun himayəsi altında keçiriləcək. Gözlənilir ki, burada Birləşmiş Millətlər Təşkilatının bütün tarixi ərzində humanitar məqsədlər üçün ən böyük məbləğ toplanacaq.
Əl-Küveytə 69 ölkədən, ümumilikdə bir min nəfər daxil olmaqla nümayəndə heyəti gələcək. 200-ə yaxın jurnalist bu hadisəni işıqlandıracaq.