...

İran uranın 20 faizədək zənginləşdirilməsini dayandırır

Dünya xəbərləri Materials 20 Yanvar 2014 11:20 (UTC +04:00)
Bazar ertəsi İran uranın 20 faizədək zənginləşdirilməsini dayandırır. Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.
İran uranın 20 faizədək zənginləşdirilməsini dayandırır

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir E.Tariverdiyeva /

Bazar ertəsi İran uranın 20 faizədək zənginləşdirilməsini dayandırır. Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib. Trend-in məlumatına görə, bu barədə IRNA agentliyi xəbər verib.

Salehi bəyan edib: "İran vacib addım atır və bazar ertəsi saat 12.00-da uranın 20 faizədək zənginləşdirilməsini dayandırır".

Bir müddət əvvəl İran XİN-in rəhbəri ölkənin nüvə proqramı ilə bağlı Aİ ilə razılaşmaların yerinə yetirilməsinə başladığını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti