...

Pakistanda avtobusun partlaması 20-dən çox insanın ölümü ilə nəticələnib

Dünya xəbərləri Materials 22 Yanvar 2014 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Pakistanın Bəluçistan vilayətində avtobusun partlaması nəticəsində şiə məzhəbindən olan azı 22 ziyarətçi ölüb, daha 20 nəfər isə yaralanıb. Bu barədə Trend çərşənbə günü "İnterfaks"a istinadən məlumat verir.

Yerli hakimiyyət nümayəndələri bildiriblər ki, partlayış anında avtobusda 51 sərnişin olub: "Partlayış yerində ekspertizanın çatışmazlığı səbəbindən 9 nəfər hələ də itkin hesab olunur".

Qeyd edək ki, avtobus İrandan qayıdan ziyarətçiləri daşıyırmış.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti