...

Lavrov və Kerri Montrödə "Cenevrə 2" və Fələstin problemini müzakirə ediblər

Dünya xəbərləri Materials 22 Yanvar 2014 11:27 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri İsveçrənin Montrö şəhərində Suriya üzrə "Cenevrə 2" sülh konfransını və İsrail-Fələstin nizamlanmasını müzakirə ediblər.
Lavrov və Kerri Montrödə "Cenevrə 2" və Fələstin problemini müzakirə ediblər

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri İsveçrənin Montrö şəhərində Suriya üzrə "Cenevrə 2" sülh konfransını və İsrail-Fələstin nizamlanmasını müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i RF XİN-ə istinadən məlumat verib.

Görüş "Cenevrə 2"-nin başlayacağı ərəfədə keçirilib.

Məlumatda deyilir: "Suriyada qan tökülməsinin tezliklə dayandırılması və vahid, müstəqil, demokratik, dünyəvi dövlət kimi gələcək Suriyanın ümumi görüntüsünün işlənməsi üçün hərtərəfli dialoqun əldə olunması diqqət mərkəzində olub".

XİN-in məlumatına görə, habelə Fələstin-İsrail danışıqlar prosesinin perspektivləri haqqında da fikir mübadiləsi aparılıb. Bundan başqa, tərəflər Yaxın Şərq regionunda ümumi vəziyyətin sabitləşməsi məsələsini də müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti