...

Konqoda hərbi sursat anbarında baş vermiş partlayış nəticəsində 20 nəfər həlak olub

Dünya xəbərləri Materials 26 Yanvar 2014 05:45 (UTC +04:00)
Konqo Demokratik respublikasında silah anbarında partlayış nəticəsində iyirmi nəfər həlak olub və 50 nəfər yaralanıb.
Konqoda hərbi sursat anbarında baş vermiş partlayış nəticəsində 20 nəfər həlak olub

Azərbaycan, Bakı, 26 yanvar / Trend /

Konqo Demokratik respublikasında silah anbarında partlayış nəticəsində iyirmi nəfər həlak olub və 50 nəfər yaralanıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Frans Press agentliyi bazar günü məlumat verir.

İnsident cümə günü baş verib. Yerli hakimiyyətin nümayəndəsinin məlumatına görə, Mbuji-Mayi şəhərində ildırım vurması səbəbindən anbar ərazisində yanğın, sonra isə partlayış baş verib.

Şahidlərin sözlərinə görə, həlak olanlar arasında qadınlar və uşaqlar da var.

BMT bildirir ki, hadisə nəticəsində şəhərdə bir çox evlər dağıdılıb. Təşkilat vəziyyəti tez bir zamanda sabitləşdirmək üçün yerli hökumətə yardım göstərməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti