...

Liviyanın Konstitusiya assambleyasına seçkilər fevralın 20-nə təyin olunub

Dünya xəbərləri Materials 30 Yanvar 2014 23:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Liviyanın yeni əsas qanun layihəsini tərtib etməli olduğu ölkənin Konstitusiya assambleyasının seçkiləri, fevralın 20-nə təyin edilib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Reyter agentliyi cümə axşamı məlumat verir.

"Biz istəyirik ki, bütün Liviya xalqı və bütün partiyalar birləşib seçkiləri dəstəkləsinlər", - Liviyanın Ümumi milli konqresinin rəhbəri Nuri əbu Səhmin seçkilərin vaxtı elan olunduqdan sonra bildirib.

60 deputat daxil olacağı assambleyanın seçildiyindən sonra qarşısında 120 gün müddətində konstitusiya layihəsini tərtib etmək və ümumxalq referenduma çıxarmaq durur.

Onun bəyənildiyi halda ölkənin yeni parlamentinə seçkilər artıq 2014-ci ilin ikinci yarısında baş tuta bilər.

Xəbər lenti

Xəbər lenti