...

Rusiya XİN: Qərb Ukraynanın daxili işlərinə müdaxiləni dayandırmalıdır

Dünya xəbərləri Materials 4 Fevral 2014 11:51 (UTC +04:00)
Qərb ölkələri Ukraynanın daxili işlərinə müdaxilə etməyi dayandırmalıdır. Bunu Rusiya XİN-in insan haqları üzrə səlahiyyətli nümayəndəsi Konstantin Dolqov deyib.
Rusiya XİN: Qərb Ukraynanın daxili işlərinə müdaxiləni dayandırmalıdır

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Qərb ölkələri Ukraynanın daxili işlərinə müdaxilə etməyi dayandırmalıdır. Bunu Rusiya XİN-in insan haqları üzrə səlahiyyətli nümayəndəsi Konstantin Dolqov deyib. Trend-in məlumatına görə, xəbəri çərşənbə axşamı Rusiya KİV-i yayıb.

Dolqov bildirib: "İstənilən müdaxilə dayandırılmalıdır. Bir sıra Qərb dövlətlərinin nümayəndələri - Aİ-nin, ABŞ-ın, eləcə də həm qanunverici, həm də icra hakimiyyətinin nümayəndələri Maydanda, eləcə də öz paytaxtlarında çıxış edərək Ukrayna xalqını açıq şəkildə "Avropa çağırışları" uğrunda mübarizəyə, faktiki olaraq gələcək qarşıdurmaya, onun dərinləşməsinə çağırırlar. Bunu, əlbəttə, daxili işlərə açıq şəkildə müdaxilə etməkdən başqa bir şey adlandırmaq olmaz və bunlar elə həmin dövlət xadimlərindən, elə həmin Qərb siyasətçilərindən eşitdiyimiz demokratik şüarlarla bir araya sığmır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti