...

Dubayda turizm vergisi tətbiq olunacaq

Dünya xəbərləri Materials 4 Fevral 2014 14:37 (UTC +04:00)
Dubay Əmirliyi martın 31-dən başlayaraq hoteldə 1 gecə qalmağa görə turistlərdən vergi almağı planlaşdırır.
Dubayda turizm vergisi tətbiq olunacaq

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Dubay Əmirliyi martın 31-dən başlayaraq hoteldə 1 gecə qalmağa görə turistlərdən vergi almağı planlaşdırır. Trend-in çərşənbə axşamı "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə "The National" nəşri BƏƏ hökumətinə istinadən xəbər verir.

Məlumata görə, əldə edilmiş vəsait Dubayın turizm və ticarətin stimullaşdırılması üçün beynəlxalq bazarda irəliləməsinə xərclənəcək.

Turizm vergisi bütün hotel, mehmanxana, apartament, qonaq evləri və istirahət evlərində qalmağa görə alınacaq.

Turizm vergisi hotelin növündən asılı olaraq 7-20 dirhəm arasında (1 ABŞ dolları 3,67 dirhəmə bərabərdir) dəyişəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti