Azərbaycan, Bakı, 5 fevral /Trend/
İsrail hakimiyyəti Hərbi Hava Qüvvələrinin 14 pilotu barəsində məxfi məlumatları, habelə ərazinin xəritəsini öz smartfonlarında saxladıqlarına görə təhqiqat aparır. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i "Times of Israel" qəzetinə istinadən xəbər yayıb.
Qəzetin yazdığına görə, təhqiqat hərbi qulluqçulardan birinin yaddaşında məxfi məlumatlar, eləcə də sənədlərin, xəritələrin fotosurətləri və pilotların uçuş marşrutlarının planları olan telefonunun itməsi barədə məlumat verməsindən sonra başlayıb. Tezliklə telefon tapılıb və informasiya təhlükəsizliyi xidmətinin əməkdaşlarına təhvil verilib.
Qəzet yazır ki, komandanlıq buna ciddi qərəz kimi baxmır, bütün hərbi qulluqçular smartfonlara xəritələri işdən kənar sənədlərə çıxışa malik olmaq, istisnasız olaraq rahatlıq üçün yükləyirlər.
Bununla belə, qaydaların pozulması üçün cəza kimi iki pilot həbsxanada beş gün keçirməli olacaq, qalan 12 nəfər tənbeh alıb, biri cərimələnib.