...

Obama: ABŞ Ukrayna üzrə Rusiya ilə birbaşa əlaqələri davam edəcək

Dünya xəbərləri Materials 1 Mart 2014 03:29 (UTC +04:00)
Vaşinqton Ukraynadakı vəziyyəti Rusiya rəhbərliyi ilə birbaşa müzakirə etməyi davam edəcək.
Obama: ABŞ Ukrayna üzrə Rusiya ilə birbaşa əlaqələri davam edəcək

Azərbaycan, Bakı, 1 mart /Trend/

Vaşinqton Ukraynadakı vəziyyəti Rusiya rəhbərliyi ilə birbaşa müzakirə etməyi davam edəcək. Trend RİA Novosti agentliyinə istinadən bu barədə ABŞ prezidenti Barak Obama bildirib.

ABŞ prezidentinin bildirdiyinə görə, bu yaxınlarda onun Rusiya prezidenti Vladimir Putinlə söhbəti olub.

"Biz Avropa Birliyindəki tərəfdaşlarımızla vəziyyəti müzakirə edəcəyik və Rusiya hakimiyyəti ilə birbaşa əlaqələr saxlayacağıq", - Obama bildirib.

Xəbər lenti

Xəbər lenti