...

Lavrov və Kerri Ukraynada və Krımdakı vəziyyəti müzakirə ediblər

Dünya xəbərləri Materials 8 Mart 2014 23:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 mart /Trend/

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri Ukraynada və Krımdakı vəziyyəti telefonla müzakirə ediblər və Ukrayna böhranın həllinə gələcəkdə də qarşılıqlı təsir göstərmək barədə şərtləşiblər. Trend RİA Novosti agentliyinə istinadən bu barədə şənbə günü Rusiya XİN-i bildirib.

"Diqqət mərkəzində Ukraynada və Krımdakı vəziyyət olub. Xarici siyasət idarələrinin rəhbərləri Ukrayna böhranın həllinə yardım məqsədi ilə intensiv əlaqələrin davam etdirilməsi barədə şərtləşiblər", - RF XİN-in məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti