...

Nyu-Yorkda baş vermiş partlayışda həlak olanların sayı dörd nəfərə çatıb

Dünya xəbərləri Materials 13 Mart 2014 10:21 (UTC +04:00)
ABŞ-ın Nyu-York şəhərində hər biri 5 mərtəbədən ibarət kərpicdən tikilmiş 2 binada baş vermiş partlayış nəticəsində dörd nəfər həlak olub, 74 nəfər xəsarət alıb.
Nyu-Yorkda baş vermiş partlayışda həlak olanların sayı dörd nəfərə çatıb

Azərbaycan, Bakı, 13 mart /Trend/

ABŞ-ın Nyu-York şəhərində hər biri 5 mərtəbədən ibarət kərpicdən tikilmiş 2 binada baş vermiş partlayış nəticəsində dörd nəfər həlak olub, 74 nəfər xəsarət alıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə "NBC News" telekanalı yerli hakimiyyətə istinadən xəbər yayıb.

Bundan əvvəl 3 nəfərin öldüyü, 64 nəfərin isə xəsarət aldığı bildirilirdi.
Xəsarət alan bir qadın və 15 yaşlı yeniyetmənin vəziyyəti ağırdır. Son məlumatlara görə, doqquz nəfər itkin düşmüş hesab edilir.

Partlayış mağaza, kilsə və mənzillərin yerləşdiyi iki bir-birinə bitişik binanı məhv edib. Partlayışdan əvvəl xidmətə qaz sızması ilə bağlı zəng olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti