...

Yerevanda ekoloqlar iri mədən sənayesi konfransı zamanı etiraz aksiyası təşkil ediblər

Dünya xəbərləri Materials 25 Mart 2014 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 mart /Trend/

Yerevanda Dünya Bankı və Ermənistan hökumətinin təşkil etdyi "Ermənistanda məsuliyyətli mədən sənayesinin formalaşması: çağırışlar və imkanlar" adlı iri konfrans zamanı ekoloji qurumların onlarla nümayəndəsi şəhərin mərkəzində etiraz aksiyası təşkil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Arka" agentliyi xəbər yayıb.

Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, ABŞ, Böyük Britaniya və Almaniya səfirlikləri və Kanada hökuməti konfransın təşkilinə yardım göstəriblər.
Konfransda Baş nazir Tiqran Sarkisyanın iştirak edəcəyi gözlənilir.

Bir qrup ekoloq konfransın keçirildiyi "Armeniya Mariott" hotelinin zalına daxil ola biliblər. Onlar əllərində üzərində "Dünya Bankı - Ermənistanda soyğunçuluğun iştirakçısıdır!", "Ermənistandan əlini çək!", "Biz mədənlərin sahibinin kim olduğunu bilirik!" sözləri yazılmış plakatlar tutublar. Etirazçılar içərisində su olan stəkanları konfrans iştirakçılarına təklif ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti