...

Rusiya Doku Umarovun fəaliyyətinin neytrallaşdırıldığını təsdiqləyib

Dünya xəbərləri Materials 8 Aprel 2014 14:16 (UTC +04:00)
Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov banda başçısı Doku Umarovun fəaliyyətinin neytrallaşdırıldığını təsdiqləyib. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.
Rusiya Doku Umarovun fəaliyyətinin neytrallaşdırıldığını təsdiqləyib

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov banda başçısı Doku Umarovun fəaliyyətinin neytrallaşdırıldığını təsdiqləyib. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.

A.Bortnikov Milli Antiterror Komitəsinin iclasında çıxış edərkən bildirib ki, bu ilin birinci rübündə "aparılan operativ-hərbi əməliyyat zamanı "İmarat Qafqaz" terrorçu təşkilatının rəhbəri Doku Umarovun fəaliyyəti neytrallaşdırılıb".

Bortnikov onu da deyib ki, ilin əvvəlindən Rusiyada 19 terror cinayətinin qarşısı alınıb, bandaların 13 başçısı və 65 üzvü məhv edilib.

Qeyd edək ki, "İmarat Qafqaz" terrorçu təşkilatının rəhbəri Doku Umarovun bir çox cinayətlərdə əli var. O, həmçinin Moskva metrosunda törədilən partlayışa və 37 insanın həlak olduğu "Domodedovo" aeroportundakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti