...

"Real" və "Barselona" dünyanın ən bahalı futbol klublarıdır

Dünya xəbərləri Materials 8 May 2014 10:58 (UTC +04:00)
"Forbes" jurnalının versiyasına görə, ən bahalı futbol klublarının reytinqinə Madrid "Real"ı başçılıq edir.
"Real" və "Barselona" dünyanın ən bahalı futbol klublarıdır

Azərbaycan, Bakı, 8 may /Trend/

"Forbes" jurnalının versiyasına görə, ən bahalı futbol klublarının reytinqinə Madrid "Real"ı başçılıq edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "İnterfaks" xəbər yayıb.

Klubun dəyəri 4 faiz artaraq 3,44 milyard dollar təşkil edib.

İkinci yeri 3,2 milyard dollarla Kataloniyanın "Barselona" klubu tutur.

Üçüncü yerdə İngiltərənin "Mançester Yunayted " komandası (2,81 milyard dollar) qərarlaşıb ki, onun dəyəri il ərzində 11 faiz düşüb.

Ən bahalı klubların "20-liy"ində İngiltərəni altı komanda təmsil edir. Reytinqdə İtaliyanın beş, Almaniyanın dörd, İspaniyanın üç klubu yer alıb.

İlk iyirmilikdə Fransa və Türkiyə hər biri bir klubla təmsil olunub. Reytinqdə qardaş ölkənin "Qalatasaray" klubu yer alıb (16-cı yer, dəyəri 347 milyon dollar).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti