...

Aİ Ukraynadakı ATƏT missiyasının yardımını 10 milyon avroya qədər artırıb

Dünya xəbərləri Materials 24 May 2014 03:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend/

Avropa İttifaqı Ukraynada prezident seçkilərini müşahidə etmək və qanunvericilik bazasının formalaşması üçün Ukraynadakı ATƏT missiyasının yardımını iki dəfə 10 milyon avroya qədər artırıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Avropa İttifaqının Xarici Siyasət xidmətinin kommünikesində deyilir.

"5 milyon avronun ayrılmasının ardınca, Aİ 10 milyon avroya qədər maliyyələşdirilməni artırmağa qərar qəbul edib", - məlumatda deyilir.

Sənəddə qeyd olunur ki, Aİ-nin maliyyələşdirilməsi ATƏT-ə Aİ üzvü olan dövlətlərin və namizəd ölkələrin, ittifaqa daxil olması potensial namizədlərin əlavə 105 müşahidəçisini yerləşdirməyə artıq imkan verib.

Seçkilər dərin siyasi böhran və Kiyev hakimiyyətinin ölkənin şərqində miqyaslı güc əməliyyatları fonunda həyata keçiriləcək.

Xəbər verildiyi kimi, Ukrayna prezidentliyinə bütün namizədlər - 21 nəfər - ölkəni "demokratiya və iqtisadi inkişaf" yolu ilə aparmaq niyyətindədirlər.

Xəbər lenti

Xəbər lenti