Azərbaycan, Bakı, 5 avqust /Trend/
İsrail qoşunları bu gün Qəzza sektorunu tərk ediblər. Bu barədə Trend çərşənbə axşamı AFP-yə istinadən məlumat verir.
İsrail ordusunun generalı Moti Almoz agentliyə bildirib: "Orada qoşunlar var idi... lakin onların hamısı Qəzza sektorunu tərk ediblər".
Qeyd edək ki, bu gün səhər saatlarında Qəzzada 3 günlük atəşkəs rejimi formal olaraq qüvvəyə minib.