Azərbaycan, Bakı, 6 avqust /Trend/
Türkiyə Qəzza sektorundan yaralıların müalicə məqsədilə daşınması haqqında İsrail və Misirlə danışıqlar aparır. Trend-in çərşənbə günü "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.
Nazir qeyd edib ki, hazırda Qəzzadan Türkiyəyə yaralıların daşınması üçün hava dəhlizinin yaradılması haqqında danışıqlar gedir.