...

Mosul bəndini islamçı yaraqlıların əlindən almaq istəyirlər

Dünya xəbərləri Materials 17 Avqust 2014 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 avqust /Trend/

İraqda "İslam dövləti" yaraqlıları ələ keçirdikləri Mosul bəndin üzərində nəzarəti qaytarmaq üçün kürdlərin silahlı qüvvələri hərbi əməliyyatın başlanması haqqında elan ediblər. Trend BBC telekanalına istinadən bu barədə məlumat verir.

Bildirilir ki, əməliyyatda ABŞ qoşunları da iştirak edir.

Şimali İraqı su və elektriklə təchiz edən bənd və elektrik stansiya, avqustun 7-də cihadçılar tərəfindən işğal olunub.

Ərbildəki BBC telekanalının müxbiri Cim Mürün sözlərinə görə, ümid var ki, "İslam dövləti"nin yaraqlıları, rəqib qüvvələrinin xeyli üstün olmasını nəzərə alaraq, özləri bəndi tərk edə bilərlər.

Bənd mühüm strateji obyektidir: əgər o, partladılsa Mosulu 20 metrəlik dalğa örtəcək.

Xəbər lenti

Xəbər lenti