...

Avrasiya İqtisadi İttifaqına daxil olmasından sonra Ermənistanda inflyasiya xeyli artacaq

Dünya xəbərləri Materials 23 Oktyabr 2014 13:13 (UTC +04:00)
Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmasından sonra ölkədə inflyasiya yeddi faiz arta bilər.
Avrasiya İqtisadi İttifaqına daxil olmasından sonra Ermənistanda inflyasiya xeyli artacaq

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmasından sonra ölkədə inflyasiya yeddi faiz arta bilər. Trend xəbər verir ki, bu barədə "Armenia Today" agentliyi "Aykakan jamanak" qəzetinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Ermənistanda illik inflyasiya orta hesabla 4 faiz təşkil edir, Aİİ-ya daxil olduqdan sonra isə 7 faizədək arta bilər: "Bu ilin fevralında Ermənistanın İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ölkənin Avrasiya İqtisadi İttifaqına üzvlüyünün inflyasiyaya təsiri 1,5 faiz təşkil edir. Lakin bu hesablamalar köhnəlib. Məsələ burasındadır ki, gömrük rüsumu ödənişi üzrə müvəqqəti güzəştlərin tətbiq edildiyi malların siyahısında dəyişiklik edilib".

Aİİ-nin yaradılmasına dair müqavilə 2014-cü il mayın 29-da Astanada Belarus, Rusiya və Qazaxıstan prezidentləri tərəfindən imzalanıb. Sənədin mətni 700 səhifəyə yaxındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti