...

Rusiyanın Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının dəniz piyada qoşunu Dağıstanda təlimləri keçirir

Dünya xəbərləri Materials 28 Oktyabr 2014 11:27 (UTC +04:00)
Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının dəniz piyada qoşunu Dağıstanda batalyon taktik təlimlərinə başlayıb.
Rusiyanın Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının dəniz piyada qoşunu Dağıstanda təlimləri keçirir

Azərbaycan, Trend, 28 oktyabr /Trend/

Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının dəniz piyada qoşunu Dağıstanda batalyon taktik təlimlərinə başlayıb. Trend xəbər verir ki, bu barədə RİA Novosti çərşənbə axşamı Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Beş gün davam edəcək təlimlərdə 500-dən artıq hərbi qulluqçu, "Volqodonsk" və "Mahaçqala" kiçik artilleriya gəmiləri, "Ataman Platov" desant kateri, "Serna" tiplil desant kateri və 50-yə yaxın hərbi və xüsusi texnika iştirak edir.

Təlimlərdə batalyona dəniz desantının məntəqəsini tutmaq, müdafiəyə keçmək və strateji əhəmiyyətli müharibə meydanını əldə saxlamaq, şərti rəqibə sahilə çıxmasına imkan verməmək tapşırıqları verilib. Dəniz piyadaçıları təhlükə siqnalı üzrə ayağa qaldırılıb və desant katerlərinə miniblər.

Təlim 2014-cü tədris ilində Xəzər flotiliyasının fəaliyyətinin təsdiqlənmiş planına uyğun olaraq aparılır və yay təhsil müddətində flotiliyanın sahil qoşunlarının hazırlığı mərhələsini başa çatdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti