Azərbaycan, Bakı, 6 noyabr /Trend/
Bu gün səhər Qahirədəki Prezident komplekslərindən birində əldəqayırma partlayıcı qurğu işə düşüb. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər yayıb.
Daxil olan məlumata görə, bomba paytaxtın Hədaik əl-Qübbə məhəlləsində yerləşən sarayın qarşısında yerləşdirilib.
Partlayış nəticəsində bir qadın yaralanıb. Qəlpə yaraları alan qadın xəstəxanaya yerləşdirilib.
İndi mütəxəssislər ətrafda başqa partlayıcı qurğunun olub-olmadığını yoxlayırlar.