...

"Orduda qətllər Sarkisyanın əmri ilə törədilir"

Dünya xəbərləri Materials 6 Noyabr 2014 15:12 (UTC +04:00)
Ermənistan ordusunda dinc şəraitdə ölən hərbçilərin valideynləri ölkə prezidentinin iqamətgahı qarşısında növbəti etiraz aksiyası keçiriblər.
"Orduda qətllər Sarkisyanın əmri ilə törədilir"

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Ermənistan ordusunda dinc şəraitdə ölən hərbçilərin valideynləri ölkə prezidentinin iqamətgahı qarşısında növbəti etiraz aksiyası keçiriblər.

Trend-in "Epress.am" saytına istinadən verdiyi məlumata görə, bu dəfə onların şikayətlərini dinləmək üçün heç kəs çıxmayıb.

Ölən əsgərlərdən birinin valideyni qeyd edib ki, Serj Sarkisyan qətllərin üstünü açmaq istəsəydi, şikayətçiləri qəbul edib dinləyərdi: "Əgər qəbul etmirsə, deməli, orduda qətllər onun əmri ilə törədilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti