...

Kralın bacısı məhkəmə qarşısında cavab verəcək

Dünya xəbərləri Materials 7 Noyabr 2014 17:25 (UTC +04:00)
İspaniya Kralının IV Felipe bacısı İnfanta Kristina iki vergi cinayətinə görə məhkəmə qarşısına çıxacaq.
Kralın bacısı məhkəmə qarşısında cavab verəcək

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

İspaniya Kralının IV Felipenin bacısı İnfanta Kristina iki vergi cinayətinə görə məhkəmə qarşısına çıxacaq. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Palma de Mayorka məhkəməsi elan edib.

Bu ilin iyulunda İspaniya məhkəməsi İ.Kristinaya qarşı vergi cinayətləri və çirkli pulların yuyulması üzrə ittiham irəli sürmüşdü. Lakin bu gün məlum oldu ki, 3 hakimin qərarı ilə Kralın bacısına qarşı çirkli pulların yuyulmasına görə irəli sürülmüş ittiham ləğv edilib.

O, 2007 və 2008-ci illərdə mənfəət və gəlir vergilərini ödəmədiyinə görə məhkəmə qarşısına çıxarılacaq.

Qeyd edək ki, İ.Kristinanın əri İnyaki Urdanqarin də 5,8 milyon avro məbləğində dövlət vəsaitlərinin mənimsənilməsi çərçivəsində cinayət işi üzrə istintaqa cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti