Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Təmkin Cəfərov/
İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bu gün səhər Rusiyaya səfər edib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.
Məlumata əsasən, Salehi rusiyalı həmkarı Sergey Krienko ilə görüşəcək. İki ölkə arasında atom enerjisi sahəsində əməkdaşlığın artırılması məqsədilə sənəd imzalanacaq.
Salehinin Moskvaya səfəri bu gun axşam başa çatacaq.