...

ABŞ-da etiraz aksiyalarının 40 iştirakçısı həbs edilib

Dünya xəbərləri Materials 26 Noyabr 2014 10:12 (UTC +04:00)
ABŞ-ın Ferqyuson şəhərində qaradərili yeniyetmə Maykl Braunun polis tərəfindən öldürülməsinə qarşı keçirilən etiraz aksiyaları zamanı ən azı 40 nəfər həbs edilib.
ABŞ-da etiraz aksiyalarının 40 iştirakçısı həbs edilib

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

ABŞ-ın Ferqyuson şəhərində qaradərili yeniyetmə Maykl Braunun polis tərəfindən öldürülməsinə qarşı keçirilən etiraz aksiyaları zamanı ən azı 40 nəfər həbs edilib. Trend xəbər verir ki, bu barədə RİA Novosti yerli telekanala istinadən məlumat yayıb.

Həbslər Oklend şəhərində həyata keçirilib. Polis aksiya zamanı həbs olunan nümayişçilərin asayiş keşikçilərinə hücumların, talanların, vandalizm aktlarının törədilməsində əli olduğundan şübhələnir. Bildirilir ki, nümayişçilər şəhərdəki yollardan birini bağlayaraq polislərə daş və şüşə qablar atıblar ki, nəticədə asayiş keşikçilərindən bir neçəsi xəsarət alıb.

Telekanalın məlumatına görə, dünən San-Fransiskoda keçirilən və polislə toqquşmalarla başa çatan etiraz aksiyalarında iki minə yaxın insan iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti