...

Ermənistanda idxal olunan malların həcminin azalacağı gözlənilir

Dünya xəbərləri Materials 26 Noyabr 2014 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Ermənistanda əhalinin həm alıcılıq qabiliyyəti, həm də sayı azalıb. Trend xəbər verir ki, bu barədə "Armenianreport" saytı "Aykakan Jamanak" qəzetinə istinadən məlumat yayıb.

Qəzet yazır: "Ermənistanın bank sisteminə yaxın mənbələr qəzetə bildiriblər ki, bu il idxalçılar əhalinin Yeni il üçün daha az məbləğ xərcləyəcəklərini proqnozlaşdıraraq öz mövsümi idxallarını da buna uyğun planlaşdırıblar".

Qəzetin mənbələrinin məlumatına görə, bu il idxalçılar gətirilən malların həcmini həmişəkindən 5-10 faiz azaldıblar ki, bu da əhalinin alıcılıq qabiliyyətinin, eləcə də əhalinin sayının azalması ilə əlaqədardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti