...

Britaniyada Ebolaya qarşı hazırlanan peyvənd sınaqdan uğurla çıxıb

Dünya xəbərləri Materials 27 Noyabr 2014 11:35 (UTC +04:00)
Britaniyanın “GlaxoSmithKline” (GSK) əczaçılıq şirkəti Ebola virusunun müalicəsi üçün peyvəndin hazırlanmasında qazandığı ilk uğuru elan edib.
Britaniyada Ebolaya qarşı hazırlanan peyvənd sınaqdan uğurla çıxıb

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Britaniyanın "GlaxoSmithKline" (GSK) əczaçılıq şirkəti Ebola virusunun müalicəsi üçün peyvəndin hazırlanmasında qazandığı ilk uğuru elan edib. Trend xəbər verir ki, bu barədə "İnterfaks" BBC-yə istinadən məlumat yayıb.

Şirkətin Belçika və İtaliyadakı laboratoriyalarında hazırlanan peyvənd ilk sınaq mərhələsindən keçib və təhlükəsiz olduğu təsdiq edilib. Məlumatlar ABŞ-ın Milli Səhiyyə İnstitutu tərəfindən açıqlanıb.

20 könüllü üzərində aparılan peyvənd sınaqları sübut edib ki, preparatın yüksək dozası heç bir əlavə təsiri olmadan sağalma şansını kəskin şəkildə artırır.

GSK-nın baş direktoru Endryu Vitti BBC-yə bildirib ki, şirkət həyatverici peyvəndi 2015-ci ilin ikinci yarısında əldə edəcəyinə ümid edir.

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu gecə bəyan edib ki, Ebola virusundan ölənlərin sayı 5,69 min nəfərə çatıb, təxminən daha 16 min nəfər isə bu virusa yoluxub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti