Azərbaycan, Bakı, 28 noyabr /Trend/
Çexiya Prezidenti Miloş Zeman bundan sonra birbaşa efirə buraxılmayacaq. Trend xəbər verir ki, bu barədə RİA Novosti "Praqa Radiosu"na istinadən məlumat yayıb.
Çex radiosunun Şurası qərara alıb ki, yayımı zamanı Çexiya Prezidenti Miloş Zemanın birbaşa efirdə vulqar ifadələrdən təkrarən istifadə etdiyi "Landan söhbətlər" proqramı televiziya və radio yayımı haqqında qanunu, eləcə də Çex Radiosunun Məcəlləsini pozub.
Şura üzvləri məcəllənin 22.2-ci bəndinə xüsusi diqqət ayırıblar. Həmin bəndə görə, barəsində vulqar ifadələrdən istifadə edəcəyi barədə əsaslandırılmış narahatlıq olan şəxsin efirə buraxılması qadağandır.
Məlumatda deyilir: "Bu, o deməkdir ki, gələcəkdə veriliş əvvəlcədən yazılacaq, yəni birbaşa efirə çıxmayacaq. Buna baxmayaraq, konkret addımlar hələlik atılmayıb".