...

Ərdoğan-Putin danışıqları üç saatdan çox davam edib

Dünya xəbərləri Materials 1 Dekabr 2014 20:02 (UTC +04:00)
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin məhdud tərkibdə görüşü başa çatdırıblar.
Ərdoğan-Putin danışıqları üç saatdan çox davam edib

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin məhdud tərkibdə görüşü başa çatdırıblar.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, prezidentlərin təkbətək danışıqları planlaşdırılandan çox davam edib.

Reqlamentə əsasən, 1 saat 15 dəqiqə vaxt ayrılan görüş planlaşdırılan saatdan daha tez - Bakı vaxtı ilə saat 16:20-də başlayıb və təqribən 19:30-da baş çatıb. Bununla da görüş təqribən 3 saat davam edib.

Sonra prezidentlər Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəklər.

V.Putin və R.T.Ərdoğanın mətbuat konfransında görüşün nəticələri barədə məlumat verəcəkləri gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti