...

ABŞ ermənilərə multivizaları vaxtından əvvəl verməyə başlayıb

Dünya xəbərləri Materials 23 Dekabr 2014 15:42 (UTC +04:00)
ABŞ-ın Ermənistandakı səfirliyi 10 il müddətinə olan multivizaları vaxtından əvvəl verməyə başlayıb.
ABŞ ermənilərə multivizaları vaxtından əvvəl verməyə başlayıb

Azərbaycan, Bakı, 23 dekabr /Trend/

ABŞ-ın Ermənistandakı səfirliyi 10 il müddətinə olan multivizaları vaxtından əvvəl verməyə başlayıb.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, ABŞ səfirliyi Ermənistan hökuməti ilə bu yaxınlarda əldə edilmiş razılaşmaya əsasən, yeni viza prosesinə 2015-ci il yanvarın 1-dən başlamaq imkanı qazanmışdı.

Lakin səfirlik bu prosesi sürətləndirmək qərarına gəlib və bu il dekabrın 22-dən Ermənistan vətəndaşlarına ABŞ-a giriş üçün "uzunmüddətli" icazə verməyə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti