...

Əhməd Davudoğlu: Türkiyə öz sülhməramlılarını Əfqanıstanda saxlayacaq

Dünya xəbərləri Materials 24 Dekabr 2014 10:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə öz sülhməramlılarını Əfqanıstanda saxlayacaq. Bunu ölkənin Baş naziri Əhməd Davudoğlu bəyan edib. Bu barədə Trend çərşənbə günü "Anadolu" agentliyinə istinadən xəbər verir.

Baş nazirin sözlərinə görə, Türkiyə başqa ölkələr bunu etsələr belə, öz sülhməramlı kontingentini Əfqanıstandan çıxarmayacaq. Çünki Ankaranın Əfqanıstanda yeni öhdəlikləri var.

Bu zaman Davudoğlu hansı yeni öhdəliklərdən söhbət getdiyini dəqiqləşdirməyib.

Baş nazir əlavə edib ki, Türkiyə və Əfqanıstanı tarixi bağlar birləşdirir.

NATO ISAF-da (Təhlükəsizliyə Yardım üzrə Beynəlxalq Qüvvələr) 457 türk hərbçi xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti