Azərbaycan, Bakı, 6 yanvar /Trend/
Türkiyənin baş nazirinin müavini Numan Kurtulmuş öz Twitter səhifəsində yazıb ki, İstanbulda baş verən terakt Türkiyədə stabilliyə və ümumiyyətlə xalqa qarşı yönləndirilib.
Onun sözlərinə görə, terrorçular öz məqsədlərinə nail olub Türkiyədə sabitliyi poza bilməyəcəklər.
Bu gün məlum olub ki, İstanbulun Turizm Polis Şöbəsində qadın terrorçu-intiharçı özünü partladıb.
Hadisə nəticəsində qadın ölüb.