...

Ceki Çanın oğluna altı ay həbs cəzası kəsildi

Dünya xəbərləri Materials 9 Yanvar 2015 12:12 (UTC +04:00)
Cümə günü Pekində məhkəmə məşhur aktyor Ceki Çanın oğlunu yarım il həbs cəzasına məhkum edib.
Ceki Çanın oğluna altı ay həbs cəzası kəsildi

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Cümə günü Pekində məhkəmə məşhur aktyor Ceki Çanın oğlunu yarım il həbs cəzasına məhkum edib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Dekabrda prokurorluq 32 yaşlı Ceysi Çana narkotik yuvası saxlamaq ittihamı irəli sürüb. Onun işi üzrə məhkəmə iclası 1,5 saatdan az çəkib.

"Frans Press" agentliyinin məlumatında deyilir: "О, mühakimə olundu. C.Çan 6 ay həbs cəzasına məhkum edilib və 2 min yuan (320 ABŞ dolları) məbləğində cərimələnib".

Fan Tszyumin adı ilə də tanınan Ceysi sentyabrda Pekində tanınmış Tayvan kino aktyoru, 23 yaşlı Çjendunla birlikdə saxlanılıb. Onlar narkotik testindən keçiriliblər. Saxlandıqdan sonra polis Ceysinin mənzilində axtarış aparıb və oradan 100 qram marixuana aşkar edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti