...

Terrorçu Kuaşi qardaşları ilə əlaqəsi olmaqda şübhəli bilinən şəxs saxlanılıb

Dünya xəbərləri Materials 13 Yanvar 2015 14:58 (UTC +04:00)
Bolqarıstanda terrorçu Kuaşi qardaşları ilə əlaqəsi olmaqda şübhəli bilinən fransız saxlanılıb.
Terrorçu Kuaşi qardaşları ilə əlaqəsi olmaqda şübhəli bilinən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

Bolqarıstanda terrorçu Kuaşi qardaşları ilə əlaqəsi olmaqda şübhəli bilinən fransız saxlanılıb.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, Fransa vətəndaşı Friz-Joli Joaşi yanvarın 1-də həbs olunub. O, Suriyaya gedərək hökumət əleyhinə vuruşan qüvvələrə qoşulmaq niyyətində olub.

Fransa onun həbsinə beynəlxalq order vermişdi. Qeyd edək ki, Kuaşi qardaşları yanvarın 7-də Parisdə "Charlie Hebdo" nəşrinin redaksiyasına hücum edərək 12 nəfəri qətlə yetirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti